"Ömrü boyu özü ilə sözü arasındakı o bir hərflik məsafəni azaltmağa, dediyi, yazdığı kimi yaşamağa, yaşadığı kimi danışmağa, yazmağa, irfani dildə desək, dünyası ilə Axirətini tarazlamağa çalışan, öz Yaradanına bağlılığa can atan Allah bəndələrindən idi..."
 




-3 CÜMLƏ İLƏ BİR TƏRİF...-
 
Çoxumuz düşünüb-daşınıb nəticə çıxarmırıq ki, “öz” ilə “söz” arasında yalnız bir hərf fərqi var...
 
Bu gün 55 yaşını qeyd etdiyimiz əzizimiz Zülfüqar bəy isə ömrü boyu özü ilə sözü arasındakı o bircə hərflik məsafəni mümkün qədər azaltmağa, dediyi, yazdığı kimi yaşamağa, yaşadığı kimi danışmağa, yazmağa, irfani dildə desək, dünyası ilə Axirətini tarazlamağa çalışan, öz Yaradanına bağlılığa can atan Allah bəndələrindən idi...
 
Bəlkə də elə həmin səbəbdən onun bu gün qeyd etdiyimiz 55 yaşı da təsadüfi görünmür: iki eyni rəqəm, iki “5” — sanki onun həyatındakı sözlə əməlin, özü ilə sözünün bir-birinə mümkün qədər yaxın olmasının kiçik bir işarəsidir...
 
P.S. Özü ilə sözü bərabər olmaq çox çətindir; xüsusən də bugünkü dünyada, bugünkü Azərbaycan reallığında... Buna Peyğəmbərimiz və imamlarımız kimi müqəddəs şəxsiyyətlər nail olublar; bəlkə də bir zamanların sözü bütöv, özü mərd köhnə türk-müsəlman kişiləri və xanım-xatın qadınları da...
 
P.P.S. İlk dəfədir ki, "3 cümlə ilə..." rubrikamızda tərif yazdım...
 
Allah qardaşımızın Axirətini Cənnətdə qərar versin!..
 
S.Laçın