Azərbaycan nümayəndə heyəti Buxarada tarixi Ark qalasını ziyarət etdi - FOTO
24 Aug 2026, 11:35 17 baxış 1 dəq oxuma
Azərbaycan nümayəndə heyəti Buxarada tarixi Ark qalasını ziyarət edib.
Moderator.az xəbər verir ki, nümayəndə heyətinin üzvləri Buxaranın ən qədim və məşhur memarlıq abidələrindən biri olan Ark qalası ilə tanış olublar.
Qeyd edək ki, əsrlər boyu Buxara hökmdarlarının iqamətgahı və şəhərin siyasi-idarəetmə mərkəzi olmuş qala bu gün Özbəkistanın zəngin tarixi-mədəni irsinin əsas simvollarından biri hesab olunur.