Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni direktor təyin olunub.
 




Moderator.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb.
 
Qeyd edək ki, ixtisasca terapevt olan O.Əmənullayev 2025-ci ildən yeni təyinata qədər Cəlilabad RMX-nin, 2020-2025-ci illərdə isə Astara RMX-nin direktoru vəzifələrində çalışıb.
 
Xatırladaq ki, bundan əvvəl Lənkəran RMX-nin direktoru Nuridə Məmmədova olub. O bu ayın əvvəlində yaşayış yerini dəyişməsi ilə əlaqədar öz istəyi ilə tutduğu vəzifədən azad olunub.