Misli Premyer Liqasının II turu “İmişli”nin qapıçısı Yusif İmanov üçün əlamətdar olub.
 




Moderator.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
 
Qolkiper ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib. “Zirə” ilə qarşılaşmada (1:3) buraxdığı ikinci top onun qapısına vurulan 100-cü qol olub.
 
100 oyunda 101 top buraxan İmanov karyerası ərzində üç komandada çıxış edib. 2021/22 mövsümündə debüt etdiyi “Sabah”da ümumilikdə 80 çempionat görüşündə 75 top buraxan qolkiper, “Kəpəz”də 18 matçda 23, “İmişli”də isə 2 qarşılaşmada 3 dəfə qola üzülüb.
 
Y.İmanov turnirin tarixinə 100 və daha çox oyun keçirən 458-ci futbolçu kimi düşüb. O, bu göstəriciyə nail olan 39-cu qapıçıdır.