Bakıda iki nəfər dənizdə batıb.
 




Moderator.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Pirşağı və Bilgəh çimərliklərində olub.
 
Şəki rayon sakinləri - 20 yaşlı Nihat Rəhman oğlu Səlimov və 26 yaşlı İntiqam Nəriman oğlu Məmmədov dənizdə çimərkən boğularaq ölüblər.
 
Hər iki şəxsin meyitləri sudan çıxarılıb.
 
Faktla bağlı araşdırma aparılır.