Avropa Komissiyası (AK) 2027-ci ilin sonunadək nəzərdə tutulan 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsində Ukraynaya əlavə 6.1 milyard avro vəsait ayrıldığını bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə AK-nın rəsmi açıqlamasında məlumat yer alıb.
"Avropa Komissiyası Ukraynaya 6.1 milyard avro məbləğində yeni maliyyə tranşının verilməsini təsdiqləyib", - deyə sənəddə vurğulanıb.