UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək
24 Aug 2026, 14:33 21 baxış 1 dəq oxuma
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Tvente" (Niderland) cavab qarşılaşması üçün Bakıya 150-dək azarkeş gətirəcək.
Moderator.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev deyib.
"Tvente" Bakıya sabah gələcək. Niderlanddan 150-dək azarkeşin gələcəyi də gözlənilir", - klub rəsmisi bildirib.
Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.