ABŞ Hörmüz boğazında İranın artan geo-siyasi üstünlüyünü və yaranmış yeni hərbi-siyasi reallığı qəbul etməyə məcburdur. Rəsmi Vaşinqton Tehranın bu strateji su yolunda sabitliyi təmin etmək və ya təhdid yaratmaq gücünü etiraf etməlidir.


Moderator.az xəbər verir ki, bunu son saatlarda “The New York Times” qəzeti yazır.






Məqalədə vurğulanır ki, ABŞ-ın bölgədəki hərbi ambisiyaları və boğaz üzərində tam nəzarət iddiaları gərəksiz gərginliyə və qlobal neft bazarlarına mənfi təsirə səbəb olur. Təhlilçilər bildirir ki, sabitlik üçün yeganə çıxış yolu hərbi təzyiq deyil, Tehranla rasional diplomatik balansın tapılmasıdır. Bu reallığın qəbul edilməsi gələcək ABŞ prezidentlərini daha böyük regional böhranlardan qoruya bilər. Təhlildə qeyd olunur ki, yaranmış vəziyyətlə barışmaq həm qlobal iqtisadiyyatın, həm də beynəlxalq istehlakçıların maraqlarına tam cavab verir.


S.Laçın