Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edib. Bu barədə “X” hesabında məlumat verən Ukraynanın azərbaycandakı səfiri Yuri Husyev Hikmət Hacıyevi təbrik edib, əməkdaşlıq üçün təşəkkürünü bildirib.


Şübhəsiz, Hikmət Hacıyevin Ukrayna dövlətinin III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilməsi hər şeydən öncə dövlətimizin Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq  arenada yürütdüyü siyasətin təntənəsidir. Bu fakt bir daha göstərir ki, Azərbaycan diplomatiyası öz peşəkarlığı, ləyaqəti və xalqlar arasındakı dostluğa verdiyi ciddi töhfələrlə qlobal miqyasda ciddi təqdir və ehtiram qazanmaqdadır. İstənilən problemə ədalətli yanaşma, istənilən situasiyada sülh və təhlükəsizliyə həssas münasibət, istənilən şəraitdə beynəlxalq hüquq və insan haqlarına sadiqlik Azərbaycan diplomatiyasının xarakterik xüsusiyyətidir.







Hikmət Hacıyevin Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilməsi, həm də Azərbaycan Prezidentinin köməkçisinin simasında xalqımızın və dövlətimizin ləyaqətinə verilən qiymətdir.


Xatırladaq ki, Azərbaycan dövləti 4 ildən çoxdur ki, öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparan Ukaryanaya humanitar yardımlar göstərir, mülki obyektlərin enerji təminatına dəstək verir. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev beynəlxalq tədbir və konfranslarda, mediaya verdiyi müsahibələrdə beynəlxalq hüquqa uyğun olaraq Ukraynanın ərazi bütövlüyünə tam dəstək ifadə edib, bu məsələdə aydın, ədalətli mövqe ortaya qoyub. Azərbycan dövləti bununla bir daha sübut edib ki, o, hər zaman, hər situasiyada haqqın, ədalətin yanındadır və bundan sonra da belə olacaq!


Seymur ƏLİYEV