İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.


Moderator.az xəbər verir ki, bu gün axşam saatlarında Muğanlı–İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb.






İlkin ehtimala görə, qəza nəticəsində sürücü hadisə yerində ölüb


Qəzanın başvermə və ölümün səbəbi araşdırmadan sonra məlum olacaq.