Əməkdar artist Nərgiz Cəlilova yenidən televiziya efirində görünəcək.
Moderator.az Sfera.az-a istinadən xəbər verir ki, tanınmış diktor yeni mövsümdən etibarən Mədəniyyət TV-də tamaşaçıların qarşısına çıxacaq.
Hələlik Nərgiz Cəlilovanın aparıcılıq edəcəyi verilişin adı açıqlanmayıb.