Azərbaycanda özbək dilinə maraq artıb - “3 aya rahat öyrənmək olar” - FOTO
25 Aug 2026, 09:33 16 baxış 2 dəq oxuma
“13 ildir ki, Özbək dilini tədris edirəm. Son 3 ildir ki, bu dilə maraq daha da çoxalıb. Özbəkistana böyük bir axın var. Ən çox təhsil almağa gedirlər. Oranın təhsili çox gözəldir. Mənim tələbələrim var ki, əksəriyyəti bu dili öyrənib Özbəkistana gedir”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanda fəaliyyət göstərən Özbək dili müəllimi Eliza Müller deyib.
O daha sonra əlavə edib:
“Özbəkistanla dilimiz uyğundur, çox böyük mədəniyyət sahibidirlər. Özbək xalqı tamam başqa bir millətdir. Bizimlə hər zaman dost münasibətində olub. Bu millətdən biz heç vaxt pislik görməmişik. Özbək dilinin Azərbaycan dilinə çox oxşarlığı var. İnglis və rus dilinin qrammatikası Azərbaycan dilindən fərqlidir. Bu dil isə Azərbaycan dilinə çox yaxındır. Ona görə də çox asanlıqla uşaqlar qəbul edir və öyrənmək də rahat olur. Özbək dilini 3 aya rahat öyrənmək olar.. Əlbəttə ki, həftədə 3 dəfədən az olmayaraq”.