Ağdam rayonunda kürəkənin qayınatasını qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları məlum olub.
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisədən əvvəl Eldəniz Qənbərovun həyat yoldaşı ailədaxili mübahisədən sonra ər evindən çıxaraq ata evinə gedib.
E.Qənbərov həyat yoldaşını geri qaytarmaq üçün qayınatasının evinə gəlsə də, qadın onunla getməyə razı olmayıb. Qayınatası Zakir Hüseynov isə kürəkəninə qızının 2-3 gün ata evində qalmasını, sakitləşdikdən sonra məsələnin həllinə baxılmasını təklif edib.
İlkin məlumata görə, bundan əsəbiləşən E.Qənbərov gecə saatlarında qayınatasının yaşadığı evə gəlib. O, pəncərədəki qoruyucu toru cıraraq evə daxil olub və yatmış vəziyyətdə olan Z.Hüseynova bıçaqla xəsarətlər yetirib. Zakir Hüseynov aldığı xəsarətlərdən həyatını itirib.
Məlumata görə, Eldəniz Qənbərov daha əvvəl də, eləcə də sonuncu mübahisə zamanı həyat yoldaşına fiziki zor tətbiq edərək xəsarət yetirib.
E.Qənbərov və həyat yoldaşının nikahından 5 övladı var.
07:57
Ağdamda qətl hadisəsi törədilib.
Moderator.az xəbər verir ki, hadisə Səfərli qəsəbəsində baş verib.
Belə ki, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu şəxsi münasibətlər zəminində bıçaqlanıb. Z.Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Onu qətlə yetirməkdə kürəkəni, 1996-cı il təvəllüdlü Eldəniz Elşən oğlu Qənbərov şübhəli bilinir. E.Qənbərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.