"Sabah" futbol klubu bu axşam UEFA Çempionlar Liqasının play-off mərhələsində cavab oyununu keçirəcək.
 




Moderator.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə İsrailin "Hapoel Beer-Şeva" klubunu qəbul edəcək.
 
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də başlanacaq.
 
Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüş İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
UEFA Çempionlar Liqası
 
Pley-off mərhələsi
 
25 avqust
 
Saat 20:45, "Sabah" - "Hapoel Beer-Şeva" (ilk oyun 1:2).