Tovuzda yol qəzası olub.
 




Moderator.az xəbər verir ki, hadisə rayonun Əhmədabad kənd avtomobil yolunda qeydə alınıb.
 
İki minik avtomobilin toqquşması nəticəsində üç nəfər (Ətlas Əkbərova, Rəna Abdullayeva və daha bir nəfər) xəsarət alıb. Yaralılar xəstəxanalardan birinə yerləşdirilib.
 
Qəzanın səbəbləri araşdırılır.: