Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az-ın xəbərinə görə, hadisə ötən gün rayonun Qızılca kəndi ərazisində baş verib.
 
Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Allahverdiyev Rəhman Fərman oğlu idarə etdiyi “Zil MMZ-45021” markalı yük avtomobilini Qızılca kəndi ərazisində arxaya doğru hərəkət etdirərkən yol kənarında dayanmış piyada 1963-cü il təvəllüdlü Məmmədov İman Əli oğlunu vurub.
 
Piyada aldığı xəsarətlərdən hadisə yerinə ölüb.
 
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
 
İstintaq aparılır.