Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələrinin açıqlanması bir çox media nümayəndəsinin ailəsində də sevincə səbəb olub. Bir sıra jurnalistlərin və mətbuat xidməti əməkdaşlarının övladları yüksək təhsil pilləsinə qədəm qoyaraq tələbə adını qazanıblar.
Moderator.az Modern.az-a istinadla tələbə adını qazanan jurnalist övladlarını təqdim edir:
Azərbaycan radiosunun radio verilişləri və informasiya proqramları redaksiyasının baş redaktor müavini Jalə Mütəllimovanın qızı Leyla Bakı Mühəndislik Universitetində memarlıq fakültəsində təhsil alacaq.
"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə rəhbəri Natəvan Bayramova oğlu Cavadın tələbə adı qazanmasının sevincini sosial mediada paylaşıb. Cavad Köçərizadə Azərbaycan Dillər Universitetinin regionşünaslıq (Afrika üzrə) ixtisasında ali təhsil alacaq.
Jurnalist Teymur Zahidoğlunun oğlu Zahid Quliyev UNEC-in mühasibatlıq ixtisasına qəbul olaraq tələbə adını qazanıb.