Bakıda binada yanğın olub.
Moderator.az-ın xəbərinə görə, hadisə Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsində qeydə alınıb.
Buradakı beşmərtəbəli binanın 4-cü mərtəbəsində yanğın hadisəsi olub.
FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Yanğın qısa müddətdə söndürülüb.