Tovuz rayonunda yeniyetməni ilan sancıb.
Moderator.az xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
Kənd sakini 2009 cu il təvəllüdlü Yasin Namazovu ilan sancma diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, 17 yaşlı yeniyetməni fındıq yığarkən ilan sancıb.
Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.