Fransa Prezidenti Emmanuel Makron liseylərdə mobil telefon istifadəsinin qadağan edildiyini bildirib.
Makron X sosial media hesabında etdiyi paylaşımda uşaqları ekranların mənfi təsirlərindən qorumaq üçün liseylərdə mobil telefon qadağasının qüvvəyə mindiyini açıqlayıb.
Moderator.az xəbər verir ki, Fransa Prezidenti qanunun sentyabrın 1-dən başlayacağını təsdiqləyib.
Qeyd edək ki, Fransa hökuməti 2018-ci ildən ibtidai və orta məktəblərdə də mobil telefon istifadəsinə qadağa qoyub.