BANM bütün ixtisaslar üzrə keçid balı 600-dən yüksək olan yeganə universitetdir
25 Aug 2026, 16:40 16 baxış 1 dəq oxuma
Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı qəbul nəticələrinə görə, bütün ixtisaslarının dövlət sifarişli yerlərinin keçid balı 600 baldan yüksək olan yeganə universitet Bakı Ali Neft Məktəbi (BANM) oldu.
Moderator.az xəbər verir ki, BANM-də dövlət sifarişli ixtisaslar üzrə keçid balları aşağıdakı kimi formalaşıb:
- İnformasiya təhlükəsizliyi - 675,9 bal
- Kompüter elmləri - 674,1 bal
- Kimya mühəndisliyi - 669,7 bal
- Kompüter mühəndisliyi - 658,7 bal
- Data analitikası - 652,1 bal
- Maliyyə - 648,1 bal
- Neft-qaz mühəndisliyi - 643,2
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 635,2 bal