Bakıda "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Moderator.az-ın məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanıb.