Türkiyənin Adıyaman vilayətinin Sincik rayonunda 4,2 maqnitudalı zəlzələ baş verib.


Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb






Zəlzələ yerli vaxtla saat 21:43-də qeydə alınıb.


Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə olub.


İkinci zəlzələ isə Malatya vilayətinin Yeşilyurt rayonunda qeydə alınıb.


Zəlzələ 4,1 maqnituda gücündə olub.