"Sabah" komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.


Moderator.az xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini qəbul edib.






Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 3:2


Qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını taploya yazdırıb.


Rumıniyada baş tutan ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.


Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels növbəti dəfə qonaqları məyus ediblər.


Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.


23:19


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda 7-ci qol vurulub.


Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 5:2.


Əlavə vaxtda, 115-ci dəqiqədə Coy-Lens Mikels fərqlənib.


23:00


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda altıncı qol vurulub.


Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 4:2.


Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina fərqlənib.


22:50


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda əlavə vaxt oynanılır.


Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hazırda hesabda öndədir - 3:2.


İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.


22:42


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda əsas vaxt başa çatıb.


Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi 90+4-cü dəqiqədə hesabda önə keçib - 3:2.


Tellur Mütəllimov adını tabloya yazdırıb.


İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxt oynanılacaq.


22:22


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda dördüncü qol vurulub.


Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi yenidən hesabı bərabərləşdirib - 2:2.


22:10


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda üçüncü qol vurulub.


Moderator.az-ın məlumatına görə, qonaqlar yenidən hesabda önə keçib - 2:1.


21:52


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci hissə başlayıb.


Moderator.az-ın məlumatına görə, hələlik hesab bərabərdir - 1:1.


Qonaqların heyətində İqor Zlatanoviç 10-cu dəqiqədə hesabı açıb.


Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci dəqiqədə tarazlığı bərpa edib.


21:34


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ilk hissə başa çatıb.


Moderator.az-ın məlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.


Qonaqların heyətində İqor Zlatanoviç 10-cu dəqiqədə hesabı açıb.


Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci dəqiqədə tarazlığı bərpa edib.


21:25


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci qol vurulub.


Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 1:1.


38-ci dəqiqədə Kristian Nvaçukvu fərqlənib.


20:57


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda hesab açılıb.


Moderator.az-ın məlumatına görə, matçda ilk qolu qonaqlar vurub.


10-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.


20:45


Bakıda "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.


Moderator.az-ın məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.


Matçı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.


Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanıb.