Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən avqustun 28-də Kəlbəcər şəhərində, Kəlbəcər şəhər 1 №-li tam orta məktəbin binasında saat 10:00-dan Kəlbəcər və Laçın rayonları sakinlərinin qəbulu keçiriləcəkdir.
 




Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Qəbula gələn vətəndaşların qeydiyyatı 27 avqust 2026-cı il tarixində Kəlbəcər şəhər 1 №-li tam orta məktəbin binasında saat 09:00-da başlayacaqdır.
 
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
 
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
 
Əlaqə: tel: +994 (12) 512-01-14
 
e-mail: [email protected]