Ağcabədi şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 




Moderator.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
 
Təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 27-də saat 10:00-dan işlər yekunlaşanadək Ağcabədi şəhərinin bir sıra küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
Təmir-quraşdırma işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.