Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək 36 komandadan 32-si müəyyənləşib.
 




Moderator.az xəbər verir ki, pley-off mərhələsinin dünən keçirilən oyunlarının yekunlarına əsasən Azərbaycanın “Sabah”, Avstriyanın LASK, və Norveçin “Bude-Qlimt” klubları turnirin əsas mərhələsinə vəsiqə qazanıb.
 
Əsas mərhələdə iştirak edəcək komandalar:
 
İngiltərə: “Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa”, “Liverpul”
 
İspaniya: “Barselona”, “Real Madrid”, “Vilyarreal”, “Atletiko Madrid”, “Betis”
 
İtaliya: “İnter”, “Napoli”, “Roma”, “Komo”
 
Almaniya: “Bavariya”, “Borussiya Dortmund”, “RB Leypsiq”, “Ştutqart”
 
Fransa: PSJ, “Lans”, “Lill”
 
Niderland: PSV, “Feyenoord”
 
Portuqaliya: “Portu”, “Sportinq”
 
Belçika: “Brügge”
 
Çexiya: “Slaviya”
 
Türkiyə: “Qalatasaray”
 
Ukrayna: “Şaxtyor”
 
Norveç: “Bude-Qlimt”
 
Azərbaycan: “Sabah”
 
Avstriya: LASK
 
Turnirin əsas mərhələsində daha 4 iştirakçının adı pley-off mərhələsinin qalan oyunlarından sonra müəyyənləşəcək.