“Təhsil almaq bahalaşır, iş tapmaq çətinləşir, gənclər xaricə üz tutur: ölkənin gələcəyini kimlər quracaq?..”
 




-7 CÜMLƏDƏ 7 DƏRD...-
 
Kərə yağı idxalı azalır, palma yağının idxalı isə 19,5 dəfə artır: bu məntiqlə hansı xəstəliklər azalacaq, hansılar artacaq?..
 
***       ***       ***       
 
Kəndlinin örüşünü zəbt edən yalnız torpağın bir hissəsini deyil, kəndin sabahının ruzisini də, onun gələcəyini də zəbt etmiş olur...
 
***        ***       ***
 
Uşaqpulu verilməməsi səbəbindən uşaq doğumunun azalmasının nəticəsi meydana çıxdı- ölkədə əhali qocaldı: “BMT məlumatlarına görə, ölkəmizdə əhalinin 0-14 yaş qrupunun payı 21,8 faiz, 60 yaş və yuxarı insanların payı isə 14,2 faiz olub... 2015-ci ildə bu göstəricilər müvafiq olaraq 23,5 və 9,2 faiz olub...”
 
***       ***       ***      
 
“Tamstore”-100" gözümə sataşdı, - elə bildim, ərzaq qiymətlərini 100 faiz endirib, - sən demə, 100-cü dükanını açıbmış(bazar olsun!)...
 
***       ***       ***
 
Kim deyər: Nizami Gəncəvinin və ya Qaçaq Nəbinin, yaxud Üzeyir Hacıbəyovun türk, kürd, talış, ləzgi, avar, tat və s. olmasının Azərbaycan xalqının sosial rifahının, yəni dolanışığının yüksəldilməsində hansı önəmli rolu var?..  
 
***       ***       *** 
 
Təhsil almaq bahalaşır, iş tapmaq çətinləşir, gənclər xaricə üz tutur: ölkənin gələcəyini kimlər quracaq?..
 
***       ***       ***
 
İnşallah, gələn il bugünkü gün doğma şəhərə portalsız, icazəsiz-filansız getmək ümidi ilə 26 avqust – Laçın Şəhəri gününü qeyd edirik...
 
Sultan Laçın