ABŞ ordusuna məsub "Black Hawk" markalı hərbi helikopter Kolorado ştatında qəzaya uğrayıb.
Moderator.az xəbər verir ki, yerli hakimiyyət orqanları və ordu nümayəndələrinin verdiyi məlumata görə, hadisə zamanı ölən və yaralanan olmayıb.
Qəzanın başvermə səbəbləri və hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.