“Neftçi” lüksemburqlu futbolçu Alessio Kurçi ilə yollarını ayırıb.
 




Moderator.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın saytı məlumat yayıb.
 
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş Alessio Kurçi komandanın heyətində 19 rəsmi oyun keçirib, 2 qol vurub və 1 assist edib.