Yayın sevilən meyvələri olan qarpız və qovun bəzi insanlarda, xüsusilə də mədə-bağırsaq problemi olanlarda narahatlıq yarada bilər.


Moderator.az “vecherka-spb.ru” nəşrinə istinadla xəbər verir ki, dietoloq Rimma Moisenko avqustun sonu və sentyabrın əvvəlində xroniki mədə-bağırsaq xəstəliklərinin kəskinləşə biləcəyini bildirib.






Mütəxəssisin sözlərinə görə, qarpız və qovunun həddindən artıq istehlakı bağırsaqlarda fermentasiyanı artıra, həzm sistemində narahatlıq yarada və mədəaltı vəzə əlavə yük sala bilər.


Dietoloq xüsusilə qastrit, pankreatit və digər mədə-bağırsaq problemləri olan şəxslərə bu meyvələri normada qəbul etməyi tövsiyə edib. Qovuna qarşı sonradan dözümsüzlüyün də yarana biləcəyi qeyd olunub.


Qeyd edək ki, qarpız və qovun bütün insanlar üçün zərərli hesab edilmir. Əsas məsələ miqdarı aşmamaq və orqanizmin fərdi reaksiyasını nəzərə almaqdır.