Ermənistanın keçmiş prezidenti Robert Koçaryan qətimkan tədbirinin seçilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə aparılıb.
Moderator.az-ın İzvestiya.ru-ya istinadən xəbərinə görə, bu barədə onun vəkili Aram Orbelyan məlumat verib.
"Ermənistanın ikinci prezidenti Robert Koçaryan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə aparılıb", - deyə vəkil bildirib.
Qeyd edilir ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi keçmiş dövlət başçısı barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəmə instansiyasına vəsatət göndərib. Komitə Koçaryanın həbsində israrlıdır.