Nepalda azı 31 nəfərin həyatına son qoyan fəlakətli daşqın ölkənin infrastrukturuna ən azı 200 milyard Nepal rupisi (1.3 milyard dollar) həcmində ziyan vurub.


Moderator.az "Online Khabar" portalına istinadən xəbər verir ki, bu barədə ölkənin infrastruktur naziri Sunil Lamsal məlumat verib.






"İnfrastruktura təxminən 200 milyard rupi ziyan dəydiyi barədə məlumat əldə etmişik. Ən böyük zərər yollara və körpülərə dəyib", - deyə nazir bildirib.