Ukrayna ordusunun qondarma “LXR”-də avtobusa zərbə endirdiyi bildirilir.


Rusiya mediası bu barədə qondarma “LXR”-in rəhbəri Leonid Paseçnikə istinadən məlumat yayıb.








Məlumata görə, “Lisiçansk-Staxanov” marşrutu ilə hərəkətdə edən avtobusda 15 nəfər olub, zərbə nəticəsində 8 nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb.


Daha üç sərnişinə və sürücüyə tibbi yardım göstərilib.