Tovuzda avtomobil traktorun qoşqusuna çırpıldı.


Moderator.az xəbər verir ki, hadisə rayonun Köhnə Qala kəndində qeydə alınıb.






Məlumata görə, Mingəçevir şəhər sakini 1992-ci il təvəllüdlü Elzamin Heydərovon idarə etdiyi "VAZ 2107" markalı avtomobil "Traktor"un qoşqusuna çırpılıb.


Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağırdır. 


Faktla bağlı araşdırma başlanılıb.