Moderator.az erməni mediasına istinadla xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılması Köçəryanın iştirakı olmadan davam etdiriləcək.
Bu barədə Ermənistan parlamentinin deputatı, Robert Köçəryanın oğlu Levon Köçəryan jurnalistlərə açıqlamasında bildirib.
“İstintaq davam edir. Həkimlər onun xəstəxanada olmasını, zaldan kənarda qalmasını düzgün hesab etdilər. Vəkillər prosesi davam etdirəcəklər. Düşünürəm ki, səhərə qədər məhkəmə artıq qərarını verəcək”, – deyə Levon Köçəryan bildirib.
Xatırladaq ki, Robert Köçəryan avqustun 25-də saxlanıldıqdan sonra istintaq orqanında səhhəti pisləşib və tibbi müəssisəyə yerləşdirilib. Daha sonra o, tibbi müayinədən keçdikdən sonra Antikorrupsiya məhkəməsinə gətirilib. Dünən- avqustun 26-da isə 7 saatlıq məhkəmə iclasından sonra onun durumu yenidən pisləşib və yenidən xəstəxanaya aparılıb.
Xocalı canizi xüsusilə külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda rüşvət almaqda ittiham edilir.
S.Laçın