"Qarabağ" klubu bu axşam UEFA Konfrans Liqasının pley-off mərhələsində həlledici cavab oyununa çıxacaq.


Moderator.az xəbər verir ki, təmsilçimiz pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" klubunu qəbul edəcək.






Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.


Qeyd edək ki, Niderlandda keçirilən ilk oyun "Qarabağ"ın 0:1 hesablı səfər qələbəsi ilə yekunlaşıb.


UEFA Konfrans Liqası


Pley-off mərhələsi


27 avqust


Saat 20:00, "Qarabağ" - "Tvente" (ilk oyun - 1:0)