Rusiya ordusu Poltava vilayətinin Kremençuq şəhərindəki neft emalı zavoduna və Kiyev vilayətinin Borispol şəhərindəki nəqliyyat-logistika mərkəzinə kütləvi zərbə endirib.


Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.






"Kütləvi zərbə nəticəsində Borispol şəhərindəki nəqliyyat-logistika mərkəzi ("Aleksandrovski" ofis-logistika kompleksi) vurulub", - məlumatda qeyd olunub.