Bakı şəhərinin Suraxanı rayonunun Hövsan qəsəbəsində açıq ərazidə yanğın baş verib.
 




Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
 
Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 
Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.