"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində doğma meydandakı altıncı rəqibi müəyyənləşib.
Moderator.az xəbər verir ki, Azərbaycan təmsilçisi evdə İtaliyanın "Napoli" klubu ilə qarşılaşacaq.
21:00
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti rəqibi müəyyənləşib.
Moderator.az xəbər verir ki, Azərbaycan təmsilçisi İspaniyanın "Vilyarreal" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, bu oyun səfərdə keçiriləcək.
20:52
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki dörd rəqibi müəyyənləşib.
Moderator.az xəbər verir ki, Azərbaycan təmsilçisi evdə İspaniyanın "Barselona" və Almaniyanın "Borussiya Dortmund" klubları ilə qarşılaşacaq.
Ölkə çempionu səfərdə isə İngiltərənin "Arsenal" və "Mançester Yunayted" komandaları ilə üz-üzə gələcək.
Beləliklə, "Sabah"ın Çempionlar Liqasındakı ilk dörd rəqibi arasında üç nəhəng klub - "Barselona", "Arsenal" və "Mançester Yunayted" yer alıb.
20:46
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki üçüncü rəqibi müəyyənləşib.
Moderator.az xəbər verir ki, Azərbaycan təmsilçisi Almaniyanın "Borussiya Dortmund" klubu ilə qarşılaşacaq.
Bu oyun da Bakıda keçiriləcək.
20:43
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində səfərdə qarşılaşacağı növbəti rəqibi müəyyənləşib.
Moderator.az xəbər verir ki, Azərbaycan təmsilçisi İngiltərənin "Arsenal" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma İngiltərədə keçiriləcək.
20:35
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkü atılır.
Moderator.az xəbər verir ki, Monakoda keçirilən mərasimdə "Sabah"ın ilk rəqibi bəlli olub.
Bakı təmsilçisi bu mərhələdə "Barselona" ilə qarşılaşacaq. İspaniya klubu ilə oyun Bakıda baş tutacaq.
20:11
UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə Liqa mərhələsinin püşkatma mərasimi keçirilir.
Moderator.az xəbər verir ki, Monakoda təşkil olunan tədbirdə turnirdə mübarizə aparacaq 36 klubun rəqibləri müəyyənləşdirilir.
Azərbaycan çempionu "Sabah" isə püşkatmaya 4-cü səbətdən qatılır.
Digər
UEFA Çempionlar Liqası: "Sabah" İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhənglərinə rəqib olub - CANLI - YENİLƏNİR
Mənbə:
moderator.az