UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" və Niderlandın "Tvente" komandaları arasındakı qarşılaşmada hesab bərabərləşib.
 
Moderator.az xəbər verir ki, qonaqlar 80-ci dəqiqədə fərqlənərək hesabı 1:1-ə çatdırıblar.
 

21:34
 

"Qarabağ" "Tvente" ilə oyunda hesabı açıb.
 
Moderator.az xəbər verir ki, qolun müəllifi 59-cu dəqiqədə Kadi Borqes olub.
 
21:18
 
"Qarabağ" - "Tvente" qarşılaşmasında ikinci hissə başladı.
 
21:02
 
"Qarabağ" - "Tvente" qarşılaşmasında ilk hissə başa çatıb.
 
Moderator.az xəbər verir ki, ilk hissədə komandalar hesabı aça bilməyib.
 
20:15
 

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Tvente" qarşılaşması başlayıb.
 
Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:15-də start götürüb.


20:03



 

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Tvente" qarşılaşmasının başlama saatı dəyişdirilib.
 
Moderator.az xəbər verir ki, buna səbəb Bakıda hökm sürən əlverişsiz hava şəraitidir.
 
Məlumata görə, qarşılaşmanın startı 15 dəqiqə gecikdirilib. Beləliklə, oyun saat 20:15-də başlayacaq.