"Qarabağ" avrokuboklarda mübarizəni dayandırıb.
Moderator.az xəbər verir ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off turunun cavab qarşılaşmasında Niderlandın "Tvente" klubunu qəbul edib.
Əlavə vaxta uzanan qarşılaşmada Ağdam təmsilçisi 4:1 hesabı ilə məğlub olub.
İki oyunun nəticəsinə görə (4:2) üstün olan Niderland klubu Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
***
22:42
"Tvente" "Qarabağ"la oyunda fərqi artırdı.
Moderator.az xəbər verir ki, Niderland klubu fərqi 3-ə çatdırıb - 4:1.
***
22:34
"Qarabağ" "Tvente" ilə cavab qarşılaşmasında meydanda 10 nəfər qalıb.
Moderator.az xəbər verir ki, 106-cı dəqiqədə Marko Yankoviç ikinci sarı vərəqə ilə cəzalandırıb. Aktivində sarı vərəqə olan futbolçu komandasını köməksiz qoyub.
***
22:23
"Tvente" "Qarabağ"la oyunda fərqi artırdı.
***
22:13
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) qarşılaşmasında əlavə vaxt oynanılır.
***
22:08
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda üçüncü qol vurulub.
Moderator.az xəbər verir ki, "Tvente" 90+2-ci dəqiqədə hesabda önə keçib - 2:1.
Niderlanddakı matçda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qələbə qazandığı üçün qarşılaşmada əlavə vaxt oynanılacaq.
***
"Tvente" hesabda önə keçdi - 2:1.
***
21:51
"Tvente" hesabı bərabərləşdirdi.
***
21:31
"Qarabağ" "Tvente" ilə oyunda hesabı açıb.
Moderator.az xəbər verir ki, qolun müəllifi 59-cu dəqiqədə Kadi Borqes olub.
***
21:18
"Qarabağ" - "Tvente" qarşılaşmasında ikinci hissə başladı.
***
21:02
"Qarabağ" - "Tvente" qarşılaşmasında ilk hissə başa çatıb.
Moderator.az xəbər verir ki, ilk hissədə komandalar hesabı aça bilməyib.
***
20:15
“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
Moderator.az xəbər verir ki, Azərbaycan təmsilçisi evdə Niderlandın “Tvente” klubu ilə qarşılaşır.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Görüşü norveçli hakim Rohit Saqqi idarə edir.
Qeyd edək ki, “Qarabağ” və “Tvente” arasında ilk oyunda Ağdam klubu minimal hesablı qələbə qazanıb - 1:0.