Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasının ümumi mərhələsinə vəsiqə qazanıb.


Moderator.az xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Litvanın "Kauno Jalqiris" klubuna səfərdə 0:1 hesabı ilə məğlub olub.






Lakin "Beşiktaş" ilk görüşdə 3:0 hesablı qələbə qazandığından iki oyunun nəticəsinə əsasən 3:1 hesabı ilə üstün olub və turnirin ümumi mərhələsinə yüksəlib.


Beləliklə, "Beşiktaş" mübarizəni Avropa Liqasında davam etdirəcək. "Kauno Jalqiris" isə UEFA Konfrans Liqasının ümumi mərhələsində çıxış edəcək.