Bakının Xəzər rayonu, Binə qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
 
Hadisə ötən gün saat 18:25-də qəsəbə ərazisində qeydə alınıb.
 
Belə ki, avtomobilin sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi qəzanın baş verməsinə səbəb olub. Sürücü sağ zolaqdan birbaşa geriyə dönmək istəyərkən arxadan yüksək sürətlə gələn və ara məsafəsini düzgün seçməyən iki nəqliyyat vasitəsi onun avtomobili ilə toqquşub.
 
Nəticədə üç avtomobilə ciddi ziyan dəyib. /oxu.az/