Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə avqustun 27-si gecə saatlarında rayonun Qaraçı kəndi ərazisində qeydə alınıb.
Rəşad Ağa oğlu Məmmədseyidov idarə etdiyi avtomobillə hərəkətdə olarkən piyada Böyükağa Abasəli oğlu Abasovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.