Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 4 sentyabr 2026-cı il tarixində, saat 09:30-da Bərdə şəhərində yerləşən Telekommunikasiya Qovşağında Tərtər, Ağdam, Goranboy, Agcabədi, Bərdə rayonlarının və Naftalan şəhərinin sakinlərini qəbul edəcək.
Moderator.az xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula 3 sentyabr 2026-cı il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.