Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az xəbər verir ki, BMW markalı avtomobil əvvəlcə "Opel"ə və "Toyota"ya, daha sonra isə KIA markalı maşına çırpılıb və aşıb.
 
Hadisə zamanı BMW-də üç nəfər olub. Digər avtomobillər isə park edilibmiş.
 
Məlumata görə, BMW markalı maşının sürücüsü xəsarət alaraq, yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
 
Hadisənin səbəbləri və təfərrüatı araşdırılır.