Milli Məclisin keçmiş deputatı Jalə Əhmədova tələbə adını qazanıb.
 




Moderator.az xəbər verir ki, eks-deputat bu barədə sosial şəbəkədə məlumat paylaşıb.
 
O bildirib ki, ikinci təhsilini Bakı Dövlət Universitetində "Psixologiya” ixtisası üzrə davam etdirəcək.
 
Qeyd edək ki, J.Əhmədova Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidentidir.