Növbəti köç Şükürbəyli kəndinə çatdı: Ailələrə evlərin açarları təqdim edildi - FOTO
28 Aug 2026, 14:48 15 baxış 1 dəq oxuma
Avqustun 28-də doğma yurduna yola salınan köç karvanları Şükürbəyli kəndlinə çatıb.
Moderator.az xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə köçürülən 86 nəfərdən ibarət, 15 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.