“Nizami ilə 28 May arasında hələ 9 yüzillik məsafə var: başınıza çarə qılın...”
29 Aug 2026, 09:37 13 baxış 2 dəq oxuma
“Bakıda ömrünü bazarda qəpik-quruş qazanaraq oğluna xərcləyən qoca ana sonda elə oğlunun da əlindən öldü — həyatın ən acı alveri də budur: ana ömrünü verdi, oğul isə qarşılığında bıçaq çəkdi...”
-7 CÜMLƏDƏ 7 DƏRD-... Allah uzaq eləsin: İran rejimi tənqidçiləri və vətəndaş cəmiyyəti fəallarını cəzalandırmaq üçün yeni vasitə tapdı – onların ölkədə bank, dövlət, sığorta, məhkəmə və hətta təhsil xidmətlərindən istifadəyə, həmçinin mobil telefon nömrəsinə və SMS-lə göndərilən birdəfəlik kodlara bağlı olan SİM kartlarını bloklayır... *** ***
Bakıda ömrünü bazarda qəpik-quruş qazanaraq oğluna xərcləyən qoca ana sonda elə oğlunun da əlindən öldü — həyatın ən acı alveri də budur: ana ömrünü verdi, oğul isə qarşılığında bıçaq çəkdi...
*** ***
Taleyin ironiyası: 32 il öncə Azərbaycanı torpaqlarının bir hissəsini qeyri-müəyyən müddətə Ermənistanın nəzarətində qalmasına imza atmağa məcbur etdiyi Bişkekdə indi Rusiyanın özünün işğalçı, diktator lideri Vladimir Putin o boyda nəhəng imperiyasını Ukraynaya 5 illik təcavüzü fonunda iflasdan xilas etmək üçün başda Türkiyə, Çin, Hindistan olmaqla bir sıra dünya dövlət başçıları önündə dil-ağız edəcək...
*** ***
Tarixçilərə sual: Azərbaycanda feodalizm, yəni bəylər, xanlar, ağalar... dövründə hansı Konstitusiya və qanunlar işləyib?..
*** ***
Tələsən tenderə düşər, yoxsa?..
*** ***
Nizami ilə 28 May arasında hələ 9 yüzillik məsafə var: başınıza çarə qılın...
*** ***
İsmayıllıda daha bir neçə kənd məktəbi bağlandı: son 10 ildə məmləkətdə təxminən 100 kənd məktəbi bağlanıb və nəticədə uşaqlar çox zaman pay-piyada uzaq məktəblərə getməli olur — beləcə, təhsil islahatları fonunda optimallaşdırmanın ən optimist nəticəsi ortaya çıxır: məktəb azalır, yol artır...